Argentinadakı prezident seçkilərində müxalifətin namizədi qələbə çalıb
23 noyabr, 2015 17:32
RİA-Novosti-yə istinadən xəbər verir ki, müxalifətçi namizəd Maurisio Makri səslərin 51,40 faizini qazanıb.
Hökumətyönümlü namizəd hesab olunan Daniel Sioli isə 48,60 faiz səs toplayıb.
Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb.
Qeyd edək ki, Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.
Makrinin proqramında yoxsulluğun sıfra edndirilməsi, narkoticarətlə mübarizə əsas yer tutur.