Azərbaycan futbolunda bu da oldu: “Qəbələ” Türkiyədən azarkeş transfer edib
20 noyabr, 2015 17:35
“Qafqazinfo”ya istinadən xəbər verir ki, “Qəbələ”nin rəhbərliyi yerli azarkeşlərə hazırlıq keçmək üçün, Türkiyədən 15 təcrübəli fanat cəlb edib.
Bu barədə Türkiyə mediasında məlumat yayılıb. Cəlb olunan fanatların rəhbəri Sədat Özdəmirməsələ haqqında bunları deyib:
“Bizi “Qəbələ” rəhbərliyi Azərbaycana çağırıb. Hər həftə biz ora gedib “Qəbələ”ni dəstəkləyirik. Yerli azarkeşlərə müxtəlif şüarlar səsləndirməyi öyrədirik. Bizim üçün hər bir şərait yaradılıb ki, çətinliyimiz olmasın”.