“Qəbələ” klubundan təkzib: “Bizim azarkeş transfer etməyə ehtiyacımız yoxdur”
20 noyabr, 2015 17:33
Hətta bildirib ki, cəlb olunan fanatların rəhbəri Sədat Özdəmirdir.
Məsələnin doğruluğunu öyrənmək üçün “Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub sözçüsü deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Adıçəkilən şəxslə klubumuzun heç bir əlaqəsi olmayıb. Verilən məlumatlar da əsassızdır. “Qəbələ” klubunun buna ehtiyacı yoxdur.
İstər Avroliqa oyunlarında, istərsə də daxili çempionatda “Qəbələ”nin oyunlarında kifayət qədər azarkeşi olur. Artıq son illərdə Azərbaycan futbolunda azarkeşlər kifayət qədər oyunlara cəlb edilib. Kənardan gəlib kimlərinsə bizim azarkeşləri öyrətməyinə ehtiyac yoxdur”.
Anar Hacıyev sözlərinə əlavə edib ki, “Qəbələ” klubu hər zaman azarkeşlərə önəm verir və onların gəstəyi ilə daha çox uğurlar qazanmaq üçün çalışır.