Paris terrorunun təsirləri davam edir: Avropa kuboklarının oyunları təxirə salına bilər
19 noyabr, 2015 16:19
LiderXeber.az-a istinadən xəbər verir ki, terrorçular Fransadan sonra digər Avropa ölkələrində də terror aktlarının davamının olacağını bəyan edirlər.
Bu səbəbdən gələn həftə Çempionlar Liqası, Avropa kuboku kimi prestijli yarışlar çərçivəsində keçiriləcək qrup mərhələsinin növbəti oyunlarının təxirə salına biləcəyi istisna edilmir.
UEFA rəsmiləri isə Avropa kuboklarındakı oyunların təxirə salınmayacağını bəyan edirlər.
Bununla belə təşkilat klubların sahibləri və yerli hakimiyyətlə təhlükəsizlik məsələsinin yüksək səviyyədə təmin edilməsi istiqamətində ciddi iş görür.
UEFA rəsmiləri bildirirlər ki, indiyədək heç bir klub təşkilata noyabrın 24-dən 26-dək nəzərdə tutulan oyunların keçirilmə vaxtında dəyişikliklə bağlı müraciət etməyib. Bununla belə, UEFA klub rəsmiləri və yerli hakimiyyətlə daha sıx əlaqə saxlayır.