Xəbərlər

Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçilib
19 noyabr, 2015 16:18
Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir  ki, Baş Assambleyanın noyabrın 18-də reallaşan iclasında Ümumdünya İrs Komitəsinə seçkilər keçirilib və Azərbaycan bu komitəyə üzv seçilib. Seçkilərdə uğur qazanmağımız ölkəmizin dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, Azərbaycanın öz irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.
 
Ölkəmizin Komitəyə üzv seçilməyi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi nəticəsində baş tutub.
 
Komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət göstərir və, Ümumdünya İrs Siyahısına əlavələr ediləndə yekun və qərarverici səsə malikdir. Həmçinin komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və Təhlükə altında olan İrs Siyahısına əlavələr etməyə qərar verir.
 
Qeyd edək ki, Azərbaycan tərəfi Ümumdünya İrs Komitəsinə seçki kampaniyası çərçivəsində oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan mədəni irsinin təqdimatını və ziyafət təşkil edib.
 
Xatırladaq ki, 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.