Xəbərlər

Sərnişinlərdən şikayət: “Sıxlıq çox olan metrostansiyalarda aparatların sayı çoxaldılsın”
19 noyabr, 2015 16:17
Bu səbəbdən hətta vaqonlara da minmək çətin olur. 
 
Kiçik bir yer tapıb özünü məcburən vaqona salmaq üçün hətta, bir neçə qatar ötürmək məcburiyyətində qalırıq. Bu problem var və təəssüf ki, həmişə də olacağı şübhə doğurmur. Bakıda insan sayı çox olduğu və bu çoxluğun daha da artmasına görə, bu məsələnin belə qalacağını düşünmək məntiqə uyğundur.
 
İllərdir yaşadığımız, lakin həlli mümkün olan digər problem isə yükləmə aparatları ilə bağlıdır. Xüsusilə səhər və axşam saatlarında stansiyalarda yükləmə aparatları qarşısına yaxınlaşmaq belə mümkün olmur. Vəziyyət o yerə qədər gəlib çatır ki, metropolitendə xidmət aparan polislər sıxlığın daha da artmaması üçün qapıları bağlayıb fasilələrlə açırlar.
 
Oxucularımızdan biri metroda hər gün belə problem yaşanması haqqında şikayətini Gün.Az-la bölüşüb.
 
Oxucumuz qeyd edir ki, metronun “Koroğlu” stansiyasında hər səhər saat 07:30-08:30 aralığında metroya girmək belə çətin olur:
 
“Hər səhər işə gedəndə metroya girmək üçün dəqiqələrlə gözləməli oluruq. Polis içəri buraxandan sonra daha bir əzab yükləmə aparatları qarşısında olur. Vay o gündən ki, kartında balans olmasın.
 
Belə olan halda aparat qarşısında da ən az 5-10 dəqiqə növbə gözləməli olursan. Aparatların sayı az olduğu üçün belə sıxlıq olur. 
 
Aparatların sayını çoxaltsalar insanların da canı rahatlığa çıxar”, - deyə oxucumuz şikayətini dilə gətirib.
 
Oxucu qeyd edib ki, problem xüsusən işə tələsən zaman daha qabarıq ortaya çıxır. Belə ki, polislərin sərnişinləri fasilələrlə içəri buraxması səbəbindən vaxt itir və buna görə də işə gecikmə riski daha da artır.
 
O deyir ki, əgər “Koroğlu” kimi səhərlər daha çox girişi olan stansiyalarda aparatların sayı çoxalsa, bu problem qismən olsa da həllini tapa bilər.  
 
Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gün.Az-a açıqlamasında aparatların sayının az olması fikri ilə razılaşmayıb.
 
O deyib ki, metro stansiyalarında sərnişinlərin sayına uyğun olaraq yükləmə aparatları quraşdırılıb:
 
“Yeni “Bakı Kart” aparatları əvvəlki yükləmə aparatlarından çoxdur.
 
Səhər və axşam insan sıxlığının çox olduğu vaxtda aparatlar qarşısında növbə olması normaldır. Amma günün digər saatlarında həmin aparatların qarşısı boş olur. 1-2 saata görə, aparat sayını çoxaltmaq fikri də o qədər əsaslı deyil”.
 
Gün.Az olaraq qeyd edək ki, bu məsələdə bəlkə Metropolitenin səbəbləri haqlı görünə bilər. Amma söhbət belə aparatların bütün stansiyalarda deyil, səhərlər sıxlığı daha çox olan bir neçə metrostansiyada, “Koroğlu”, “28 may” və sairlərində artırılmasından gedir.
 
Ən rahat nəqliyyat vasitəsi hesab edilən metroda sərnişinlərin rahatlığını təmin etmək üçün hər şey edilməlidir. Əgər bu gün rahatlıq yoxdursa, deməli hələ də görülməli işlər çoxdur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.