Xəbərlər

Nazir müavinindən ABŞ şirkətlərinə çağırış: "Ermənilərin qurduğu şoulara uymayın və onların yalanlarına aldanmayın"
19 noyabr, 2015 16:14
Bunu bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ işgüzar görüşündə çıxışı zamanı iqtisadiyyat və sənaye nazirinin müaviniSahil Babayev bildirib.
 
O, çıxışında ilk öncə deyib ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr olduqca dərindir.
 
Nazir müavininin sözlərinə görə, ABŞ Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar həcmində sərmayə qoyub ki, bunun 9 mlrd. dolları neft sektoruna aiddir: 
 
“ABŞ-ın Azərbaycanda nəqliyyat və logistika layihələri mövcuddur. Bu ölkənin maliyyə institutları ölkəmizdə çox fəaldır. “Azərbaycan Hava Yolları” QSC ABŞ-dan bu illər ərzində 6 təyyarə alıb”.
 
S. Babayev Sumqayıt Texnologiya Parkından, habelə burada sahibkarlara yaradılacaq imkanlardan geniş danışıb.
 
Nazir müavini iki ölkənin şirkətləri tərəfindən birgə müəssisələrin yaradılmasının mümkün olduğunu bildirib.
 
S. Babayev sonra  ABŞ şirkətlərini Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində fəaliyyət göstərməməyə çağırıb: 
 
“Biz ABŞ şirkətlərini ermənilərin qurduğu şoulara uymamağa və onların yalanlarına aldanmamağa dəvət edirik”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.