Maradona bıçaq altına yatıb
17 noyabr, 2015 14:20
İnterAz-a istinadən xəbər verir ki, Venesuela hospitallarının birində aparılan əməliyyat zamanı futbolçunun mədəsində son 10 ildə 2-ci dəfə şuntlama həyata keçiriblər.
Bu əməliyyat futbolçuya çəki itirməyə kömək edəcək. Həkimlərin sözlərinə görə, Maradonanın hazırki çəkisi normadan 75 kq çoxdur və bu gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər.
Futbolçu artıq əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb.