Xəbərlər

"Elektron hökumət"in təbliği ilə bağlı 6 rayonda seminar keçirilib
17 noyabr, 2015 14:17
Keçirilən seminarların məqsədi ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, "Elektron hökumət"in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
X.Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan "elektron hökumət"in vətəndaş üçün bir sıra üstünlüyü var:
 
“Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac var. Bizim də məqsədimiz odor ki, region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının "Elektron hökumət portalı" və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verək”.
 
Daha sonra məruzə ilə çıxış edən ekspert Ələsgər Məmmədli ayrı-ayrı dövlət qurumlarının "Elektron hökumət portalı" və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib: “Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. 
 
İndiyədək 455 elektron xidmət təsdiq edilib və 340 xidmət "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Dövlət qurumlarının saytlarında 507 elektron xidmət göstərilir. "Elektron hökumət" portalı vasitəsi ilə  431 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
 
Daha sonra Ə.Məmmədli "Elektron hökumət" portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
Qeyd edək ki, seminar iştikakçılarına, həmçinin tədbir keçirilən rayon sakinlərinə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfinfən hazırlanan "Elektron hökumət"dən sən də yararlan!” adlı buklet paylanılıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.