Kanadalı jurnalist İŞİD terrorçusu kimi təqdim olundu
17 noyabr, 2015 14:16
İnterAz-a istinadən xəbər verir ki, İspaniyanın mətbuat orqanlarından biri səhvən kanadalı jurnalistin fotosunu Paris terrorunda şübhəli bilinən İŞİD-çi kimi dərc edib.
Hazırda kanadalı jurnalist Viirender Çubbal İspaniyanın La Razon mətbu orqanını məhkəməyə verməyə hazırlaşır.
Təqdim olunan fotoda jurnalist əynində partlayıcı olan kəmər və əlində Quran kitabı tutur. Əslində isə o əlində planşet əynində isə göy rəngdə köynəkdə olub.