Dövlət Məşğulluq Xidmətinin rəisi: “Məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41 faizi gənclərdir”
17 noyabr, 2015 14:14
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib.
O, deyib ki, Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrdən biri də gənclərin məşğulluğunun artırılmasıdır.
Onun dediyinə görə, ötən dövrdə eyni zamanda, 72 min 857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik üçün peşəyönümü məsləhətlər verilib.