Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfərdir
17 noyabr, 2015 14:13
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 877,1 min nəfəri dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Eyni zamanda, onların 1,8 faizi informasiya və rabitə, 22,2 faizi təhsil, 12,1 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət sahələrində çalışıblar.
Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manat olub.
İqtisadiyyatın informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.