İlham Əliyev Allahşükür Paşazadəni fəxri diplomla təltif etdi
16 noyabr, 2015 14:28
AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allah Şükür Paşazadə, həmçinin din xadimləri Aleksandr Gennadyeviç İşein, Vladimir Fekete, Milix İlxananoviç Yevdayev, Gennadi Konstantinoviç Zelmanoviç və Robert Baqratoviç Mobili beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.