Rusiyanın Birinci kanalında Bakı ilə bağlı veriliş
16 noyabr, 2015 14:25
Müəllif və aparıcı Dmitri Krılov çəkiliş komandası ilə birgə paytaxtımızda olub. “Непутевые заметки” - Баку: встреча Востока и Запада" 15 dəqiqəlik verilişdə aparıcı Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Çəkiliş qrupu İçərişəhərdə, Şirvanşahlar Sarayında, Qız Qalasında, Dənizkənarı Parkda, Heydər Əliyev Mərkəzində və başqa yerlərdə olublar. Çəkiliş qrupu həmçinin Müslüm Maqomayevin məzarını ziyarət ediblər.
Dmitri Krılov 15 dəqiqəlik verilişdə Azərbaycanın mədəniyyəti, mətbəxi, adət və ənənələri, Bakı şəhərinin arxitekturası, muzeyləri haqda məlumat verməyə çalışıb.
Qeyd edək ki, “Непутевые заметки” (“Yol qeydləri”) verilişi 1996-cı ildən Birinci kanalda nümayiş olunur.