Ərdoğan: “Terrorla mübarizә iradәmiz daha güclü davam etmәlidir”
16 noyabr, 2015 14:21
APA-ya istinadən məlumatına görə, Türkiyә prezidenti çıxışında bildirib ki, terrorizm hamının sülh vә tәhlükәsizliyinә tәhdid olmaqda davam edir: "Bu acı hadisә bir daha göstәrdi ki, iqtisadiyyat vә tәhlükәsizlik arasında әlaqәni görmәyә bilmәrik.
G 20 әsas sahәsi olan iqtisadiyyat sahәsi siyasi, sosial sahәdәn ayrı deyil. Bu hadisәlәr göstәrir ki, terrorla mübarizә iradәmiz daha güclü davam etmәlidir”.
“Qlobal böhran başladığı 2008-ci ildәn bu yana bu problemi hәll etmәk mümkün olmur. Atılan bütün addımlara baxmayaraq, hәlә güclü iqtisadi performansa nail olmamışıq. Beynәlxalq birlik getdikcә daha әhәmiyyәt kәsb edir. Lakin bu sahәdә dә yenilәnmәyә ehtiyac var. Dünyanın bizdәn daha fәrqli gözlәntilәri var" deyə Ərdoğan bildirib.