Xəbərlər

1500 uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
13 noyabr, 2015 16:38

Sozügedən nazirliyə istinadən xəbər verir ki, bu fikir Ombudsmanın təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsində uşaq hüquqlarına həsr olunmuş dəyirmi masada səsləndirilib.

Qeyd edək ki,  tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin və Xəzər rayon İcra Hakimiyyətinin, Ombudsman Aparatının, qeyri-hökumət qurumlarının nümayəndələri, sosial xidmət müəssisəsində yaşayan sağlamlıq imkanları məhdud uşaqların valideynləri iştirak edib.

Dəyirmi masada ölkəmizdə uşaqların müdafiəsinin, onların sağlamlığına və mənəvi inkişafına diqqət və qayğı göstərilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. 

Həmçinin, milli sosial təminat sisteminin əhatə etdiyi insanların mühüm bir hissəsinin də uşaqlar olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlara, valideyn himayəsindən məhrum uşaqlara, müharibə əlillərinin, şəhid ailələrinin və digər müvafiq təbəqələrdən olanların uşaqlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinətlər ödənilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininsosial sifarişləri əsasında müvafiq kateqoriyalardan olan 1500 nəfər  uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Nazirlik tərəfindən cari ildə ötən illə müqayisədə 53 faiz çox, yəni 130 nəfər  sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. 

Nazirliyin bərpa mərkəzlərində bu təbəqədən olan uşaqların bərpa müalicəsi, belə uşaqların xarici ölkələrdə və respublika daxilində müalicəsinə köməklik göstərilməsi və s. sahələrdə də müvafiq işlər aparılır.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin Xəzər rayonunun Şağan kəndindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri  aparılıb. 

Hazırda 330 nəfərdən çox uşağın yaşadığı bu müəssisələrdə uşaqların hərtərəfli təminatı, reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.