Bakıdan Gəncəyə və Qəbələyə olan aviareyslər ləğv edilir
13 noyabr, 2015 16:17
“Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki reysin ləğv olunmasına səbəb onların rentabelli fəaliyyət göstərməmələri ilə bağlıdır.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşların noyabrın 21-də dayandırılması nəzərdə tutulur.
AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski də faktı təsdiqləyib və bildirib ki, Bakı- Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı reyslərində təyyarələr kifayət qədər dolmadığı və sözü gedən reyslər rentabelli olmadığı üçün ləğv olunacaq:
“Artıq bu səbəblə Bakı- Qəbələ- Bakı istiqamətində uçuşlar həyata keçirilmir. Bakı-Gəncə-Bakı istiqamətində isə uçuşlar noyabrın 21-də ləğv ediləcək”.