“Alibaba” “Subaylar günü”ndə 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb
12 noyabr, 2015 16:48
Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, ümumilikdə isə möhtəşəm güzəştli satışların keçirildiyi sutka ərzində Çin nəhəngi mal və xidmətlərdən 14 milyard dollar əldə edib.
Güzəştli satışlara bir çox beynəlxalq brendlər də qatılıb.
Onların arasında İspaniyanın “Zara”, Yaponiyanın “Uniqlo” və Britaniyanın “Burberry” kompaniyaları da var. Satışlar dünyanın 176 ölkəsində keçirilib.
Çində “Subaylar günü” ilin 11-ci ayının 11-ci günündə qeyd olunur.
Bu təqvimdəki tək rəqəmlər yalqız insanların simvolu sayılır.
Həmin gün internet-mağazalar öz alıcılarına böyük endirimlər təklif edir.