Mədəniyyət və Turizm nazirliyi AZAL ilə birgə Azərbaycana səyahət üçün aşağı büdcəli tur paketlər hazırlayacaqlar
12 noyabr, 2015 16:40
Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, yaradılmış işçi qrupunun ilk toplantısında keçirilmiş, görüşdə aşağıdakı məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə edilmişdir:
Razılığa əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliğinin aparılması qərar alınıb.
Bundan başqa bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava
Yolları”nın ortaq milli stendlə iştirak edəcəklər.
Hər iki qurum 2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib.
Yaxın müddət ərzində 2016-cı il üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planın həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.