ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb
11 noyabr, 2015 16:44
“RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Bizim İranla münasibətlərimiz hələ ki normallaşmayıb... Bu səbəbdən mən İrana dair qəbul olunmuş 12170 saylı fərmanın nəzərdə tutduğu milli fövqəladə vəziyyət rejiminin davam etdirilməsinə qərar verdim”-deyə, ABŞ prezidenti B. Obama bəyan edib.
Tehranın nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalardan başqa ABŞ iddia etdiyi “terrora dəstək” və raket proqramı kimi digər səbəblərə görə İrana qarşı sanksiyaları qüvvədə saxlamaqdadır.