Görüşdə çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiriƏhməd Sami Elaydi deyib ki, görüşdə məqsəd tələbələrə Misirin tarixi, mədəniyyəti və tuzimi haqda geniş məlumat verməkdir.
O, ilk növbədə bu görüşün təşkil olunmasında Universitet rəhbərliyinə, xüsusən də Universitetin rektoru Cəfər Cəfərova öz təşəkkürünü bildirib. Sonra qonaq tələbələrə Misir tarixindən, Azərbaycanın müstəqilliyinin ilk tanıyan ölkələrdən biri olmasından, qədim tarixi köklərə malik olan Azərbaycan və Misir əlaqələrinin genişlənməsindən, bu əlaqələrin təkcə iqtisadi və siyasi sahələrini deyil, həm də mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayıb.
Rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verən qonaq, Azərbaycan Turizm və Menecment Universitetində apardığı mühazirədə müəllim və tələbə heyətini Misirin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq Mərkəzə gəlib, orda bir çox sahələri əhatə edən zəngin kitabxanasından istifadəninin mümkünlüyü barədə məlumat verib.
Bundan başqa, Mərkəzin rəhbəri Misirin geniş turizm imkanlarından, tuzim zonalarından, ölkənin turizm və mehmanxana sənayesinin inkişafı barədə məlumat verib. Ahmed Sami Elaydi Misirin ən qabaqcıl universitetlərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi olunmasından və hər il Azərbaycan dilini yüzdən çox tələbənin öyrəndiyini barədə məlumat verib.
Misir Universitetləri ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında gələcəkdə müqavilələrin bağlanması və tələbə mübadiləsi, eləcə də yay tətili müddətində tələbələrin mehmanxana işləri barədə əyani olaraq Misirdə bu sahədə mütəxəssislərin yanında təcrübə keçmələrinin mümkünlüyü təklifləri irəli sürülüb.
Sonda Dr. Ahmed Sami Elaydi tələbələri maraqlandıran suallara cavab verib və bir sıra təkliflər müzakirə olunub.