Xəbərlər

Tələbələr təqaüdlərinin artırılmasından məmnundurlar
11 noyabr, 2015 16:41
Azərbaycan Tələbələr Birliyi (ATB) Prezident İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Sərəncamını yüksək qiymətləndirir.
 
ATB-dən Gün.Az-a daxil olan açıqlamada bu sərəncamın ölkədə tələbələrin ali və orta-ixtisas təhsil müəssisələrində motivasiyalarının yüksəlməsinə və onların peşəkar kadr kimi yetişməsinə çox böyük kömək olacağı qeyd edilib. 
 
Birliyin sədri Elvin Aslanov da sərəncamla bağlı öz fikirlərini bildirib:
 
“Artıq heç bir kəsə sirr deyil ki, bütün dünyanı iqtisadi böhran bürüyüb. Neft qiymətləri kəskin azalır. Təbiidir ki, bu da bizim iqtisadiyyatımıza təsir edir. Bunu cənab Prezident də öz çıxışlarında qeyd edir.
 
Amma, bütün bunlara baxmayaq cənab Prezident dünən imzaladığı sərəncamla ölkəmizdə bütün tələbələrə ürəkdən inandığını və ölkəmizin gələcəyinin onlarla bağlı olduğunu göstərdi.
 
Sərəncamın dövlət sifarişi ilə, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq bütün tələbələri əhatə etməsi bizə onu deməyə əsas verir ki, bu Azərbaycan ali və orta-ixtisas təhsil sistemində yeni bir mərhələnin başladığının təzahürüdür.
 
Cənab Prezidentin bu məqamda tələbələri düşünməsi və belə bir qərar qəbul etməsi, təbiidir ki, biz tələbələrin qarşısında da ciddi vəzifələr qoyur. Ən əsası ölkəmizin gələcəyinə yararlı kadr kimi yetişmək üçün öz təhsilimiz və şəxsi inkişafımız üzərində ciddi çalışmalıyıq.
 
Unutmamalıyıq ki, bizim əsas vəzifələrimizdən biri də dövlətçiliyimizi qorumaq və Azərbaycanın inkişafı üçün səylərimizi əsirgəməməkdir.
 
Mən həm Azərbaycan Tələbələr Birliyi adından, həmçinin, ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan yüz minlərlə tələbə adından cənab Prezidentə təşəkkür edir və əmin etmək istəyirəm ki, tələbələr onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklər”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.