Azərtac-a istinadən verdiyi xəbərə əsasən, məsələ hətta parlamentin yuxarı palatasının büdcə komitəsində müzakirəyə çıxarılıb.
Komitənin iclası birbaşa yayımla televiziyada nümayiş olunub.
Hakim Liberal Demokratik Partiyanın T.Takaqinin rəhbərlik etdiyi şöbəsinin məxariclər kitabında “xatirə yardımı” adlı bənd əlavə edilib. Yaponiyada belə xərclər yalnız dünyasını dəyişənin qohumlarına icazə verilir.
Qanuna əsasən, partiya orqanları öz seçki dairələrində belə məsrəflərə yol verə bilməzlər. Bununla yanaşı, deputat özü şəxsən cənazə mərasimində iştirak edərək mərhumun qohumlarına müəyyən miqdarda yardım göstərə bilər.
T.Takaqi əvvəl bəyan edib ki, dəfn mərasimində şəxsən iştirak edib və yardımı öz şəxsi hesabından göstərib. Məbləğin məxariclər kitabında göstərilməsi isə səhv olub. Lakin məlum olub ki, o, mərhumun qohumlarını dəfndən əvvəl ziyarət edib. Dəfn mərasimində isə onun özü yox, oğlu iştirak edib.
Kütləvi informasiya vasitələrində T.Takaqinin qadının mənzilinə qeyri-qanuni yolla girərək alt paltarını oğurlaması barədə yayılan məlumatlara aydınlıq gətirməkdən imtina edən nazir bunun həqiqətə uyğun olmadığını bildirib.
Müzakirələr zamanı belə bir hadisənin bütün parlamentin imicinə zərbə vurduğu dəfələrlə deputatlar tərəfindən vurğulansa da, nazir istefaya getməyəcəyini və ona tapşırılan vəzifənin icrası üçün bütün gücü ilə çalışacağını bildirib.