Azərbaycan millisinin heyətində dəyişiklik edilib
09 noyabr, 2015 12:40
AFFA-nın mətbuat xidmətindən bildiriblər ki, Almaniyanın “Karlsruhe” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.
Milli komandamızın baş məşqçi Robert Prosineçki “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət edib.
Azərbaycan-Moldova qarşılaşması noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.