Azərbaycan kikboksçusu erməni idmançını məğlub edib
10 noyabr, 2015 12:38
İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya çempionatın finalında həmyerlimiz erməni əsilli rəqibi Aşot Xaçaturyanı (Fransa) məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Eduard Məmmədov növbəti dəfə dünya çempionu titulunu qazanıb.
Final döyüşü barədə danışan Eduard Məmmədov deyib ki, məqsədi rəqibi təkcə məğlub etmək yox, həm də əzmək idi və buna nail oldu.