Xəbərlər

Məhəmməd Hadinin büstünün altından cəsədinin qalıqları tapılmayıb
09 noyabr, 2015 12:36

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmlər doktoru, hadişünas alim İslam Qəribli görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin harada dəfn olunması barədə mübahisələrlə bağlı bildirib. Onun sözlərinə görə, məzar köçürülən vaxt Bakıdan nümayəndə heyəti də gedib.

“Gəncə şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsində məsul vəzifədə çalışan Xeyrulla Əliyev də orada olub. Xeyrulla müəllim sağdır. Sadəcə, Hadinin cəsədinin qalıqları çıxarılan məzar işarələnməyib. Dəfn prosesi zamanı çəkilən şəkillər var. Hadinin məzarı Gəncəçayın sağ sahilinə köçürüldükdən sonra orada kiçik büst ucaldıblar. Bununla bağlı faktlar, protokollar var” - deyə, İ.Qəribli bildirib. 

İ.Qəribli qeyd edib ki, 1966-cı ildə Partiya Komitəsi M. Hadinin Səbizkar qəbiristanlığındakı məzarı üzərində abidə ucaldılması barədə qərar qəbul edib: 

“Lakin yer kiçik olduğuna görə abidə tikmək mümkün olmayıb. Daha sonra qərar verilib ki, cəsədin qalıqlarını oradan çıxarıb, başqa bir yerdə dəfn etsinlər”.

AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev isə deyib ki, Gəncədə tarixi abidələrin, görkəmli şəxslərin məzarlarının tədqiqi ilə bağlı komissiya fəaliyyət göstərir: 

“Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları, kəfən tapılmadı”. 

Akademik bildirib ki, arxiv sənədləri əsasında M. Hadinin məzarının Gəncədə Səbizkar qəbiristanlığında olduğu müəyyən edilib:

“Hadinin məzarı Səbizkar qəbiristanlığında Adıgözəl bəy Goraninin məzarının arxasındadır. 1920-ci ildə Hadini orada dəfn ediblər. Arxiv sənədlərində göstərilir ki, Gəncəçayın sağ sahilində Hadiyə abidə qoyulsun. Həmin sənədlərdə Hadinin məzarının köçürülmə söhbəti yoxdur. Ona görə biz bu tədqiqat işini apardıq və müəyyənləşdirdik ki, Hadinin məzarı Gəncəçayın sağ sahilindəki parkda yox, Səbizkar qəbiristanlığındadır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.