Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşüb
10 noyabr, 2015 12:33
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə əsasən, yağış Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.