Antalyada “G-20” zirvəsinin təhlükəsizlik tədbirlərinə 12 min nəfər cəlb edilib
09 noyabr, 2015 12:31
Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib.
Antalya valisi Muammer Türker “G-20” zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.