Xəbərlər

AZAL Bakıdan Nyu-Yorka birbaşa reys həyata keçirib
10 noyabr, 2015 12:27

Bakıdan havaya qalxan təyyarə 11 saat 50 dəqiqədən sonra Nyu-Yorkun Con Kennedi beynəlxalq hava limanında enib. Təyyarəni Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, Nyu-Yorkda isə AZAL-ın bu şəhərdəki nümayəndələri qarsalayıblar.

“Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə üç xidmət sinfi - ekonom sinfi üzrə 157, biznes sinfi üzrə 35 və birinci dərəcəli standartlara cavab verən lüks sinfi üzrə 18 yer təklif olunur.

“Azərbaycan Hava Yolları”nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi Trans-Atlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.

Bakı - Nyu-York - Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.