Xəbərlər

Azərbaycan və Gürcüstan prezidentləri Marneulidə soyuducu anbar kompleksi ilə tanış olublar
06 noyabr, 2015 15:31

Azərtac-a istinadən verdiyi xəbərə əsasən, dövlət başçılarına məlumat verildi ki, “Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. 

İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir. Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir. 

Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə- tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub. 

Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri “Akkord Georgia” şirkəti tərəfindən həyata keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.