Azarkeşlər türk futbolçunun şərəfinə xüsusi plakat qaldırdılar
06 noyabr, 2015 15:30
“Posta” qəzetinə istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən Kazanda keçirilmiş “Rubin” – “Liverpul” matçında yerli azarkeşlər meydan sahiblərinin türkiyəli legioneri və kapitanı Gökdeniz Karadenizin şərəfinə böyük plakat açıblar.
Plakatda G.Karadeniz hərbi dəstə formasında təsvir olunan komandanın başçısı kimi təqdim olunub və onun “qalxan”ında formasının nömrəsi – 61 rəqəmi həkk edilib.
Qeyd edək ki, “Rubin” – “Liverpul” qarşılaşması 0-1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.