Xəbərlər

QHT-lərimiz Hollandiyadakı erməni tədbirinə etiraz edib
06 noyabr, 2015 15:28

Diaspor Jurnalistləri Birliyindən (DJB) Gün.Az-a verilən məlumata görə, DJB-nin təşəbbüsü ilə bir neçə QHT Hollandiyanın Azad Amsterdam Universitetinə etiraz bəyanatı göndərib.

Xatırladaq ki, erməni diasporu noyabrın 7-də Niderlandın Azad Amsterdam Universitetində qondarma Dağlıq Qarabağ Respublikasına həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirəcək. Tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyan və Niderland Krallığının deputatı Harry van Bommel də dəvətlidir.

Bəyanatda qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı belə bir tədbirin keçirilməsinin yolverilməz olduğu bildirilir:

“Qondarma rejim dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayıb. Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkib hissəsidir və hazırda Ermənistanın işğalı altındadır”.

Sənəddə Azərbaycan QHT-ləri Azad Amsterdam Universitetini haqqın, ədalətin yanında olmağa səsləyir, erməni lobbisini belə bir tədbirin keçirməsinə icazə verməməyə çağırırlar.

Daha bir bəyanat seminarda iştirak edəcək Niderland Krallığının deputatı Harry van Bommelə və onun təmsil etdiyi Sosialistlər Partiyasına göndərilib. Bəyanatda Harry van Bommelin belə bir tədbirdə iştirak etməsi Azərbaycanın müstəqilliyinə qarşı atılmış təxribatçı addım kimi dəyərləndirilir:

“Siz “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminara qatılmaqla Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən bu təcavüzə önəm vermiş olursuz. Sizi bu tədbirə qatılmamağa səsləyirik. İnanırıq ki, haqqın, ədalətin yanında olacaqsız və erməni lobbisinin təxribatçı tədbirində iştirak etməyəksiz”.

Hər iki bəyanata ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror əməlləri ilə bağlı rəsmi sənəd və linklər əlavə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.