Fransanın “Charlie Hebdo” jurnalı dəhşətli aviaqəzaya da “ilişdi”
06 noyabr, 2015 15:27
“Charlie Hebdo” jurnalında həmin təyyarə qəzası ilə bağlı iki karikatura dərc olunub.
Məlumata görə, birinci karikaturada həlak olanların cəsədləri ilə təyyarənin qalıqları əks olunub və “Rusiya aviasiyası bombardmanları gücləndirib” sözləri yazılıb.
İkinci karikaturada isə cəsədlərin arasındakı kəllənin “dili” ilə Rusiyanın ucuz təyyarə reysləri ilə uçmağın təhlükəli olmasından, “Air Cocaine”in təyyarəsi ilə uçmağın vacibliyindən bəhs olunur.
“Charlie Hebdo” jurnalında dərc olunmuş bu karikaturalar Rusiyada böyük narazılıq doğurub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Charlie Hebdo”da o cür karikaturaların dərcinin nə demokratiya, nə də ifadə azadlığı ilə əlaqəsi yoxdur.