Amerika polisi 6 yaşlı uşağı güllələyib
05 noyabr, 2015 17:53
ria.ru-ya istinadən xəbər verir ki, Luiziana ştatında polisin təqib etdiyi maşını gülləbaran etməsi nəticəsində başından və sinəsindən yaralanan 6 yaşlı uşaq həlak olub.
Bu barədə xəbəri “Fox News” telekanalı yayıb.
Məlumata görə, Marksvill şəhərində maşınını onu təqib edən polislərin üzərinə sürən şübhəli şəxsə atəş açılıb.
Atəş zamanı maşında olan uşaq həlak olub, atası isə ağır yaralanıb.
Hadisədən sonra yerli polis uşağın təhsil aldığı məktəbə başsağlığı verib.