Xəbərlər

Qonaqpərvərlik və turizm sahəsində Strateji Araşdırmalar Departamenti təsis edilib
05 noyabr, 2015 17:50
Assosiasiyanın İdarə Heyətinin sədri Samir Dübəndi Gün.Az-a açıqlamasında bildirib ki, bu gün ölkənin qeyri-neft sektorunun inkişafına dövlət xüsusi diqqət yetirir.
 
S.Dübəndi bildirib ki, prezident İlham Əliyevin tövsiyyələrində qonaqpərvərlik, turizm və xidmət sahələrinin inkişafına istiqamətlənmiş bir sıra vacib məsələlərə toxunulub. Son illər ərzində neftin gəlirləri hesabına ölkədə geniş turizm infrastrukturu yaradılıb, bir sıra hotellər inşa edilib, elektrik, su, qaz layihələri həyata keçirilib, magistral yollar və hava limanları qurulub. Bunlar turizmın inkişafı üçün geniş imkanlar yaradıb.
 
Məhz bu şəraitdə sənayenin daha dərindən öyrənilməsinə, turizm texnologiyalarının araşdırılıb və onlardan uyğun olanların ölkədə tədbiqinə, yerli biznes qurumlarına işlərinin qurulmasında daha səmərəli üsullardan istifadə edilməsində yardımçı olmağa, turizm və qonaqpərvərlik sənayesinin imkanlarını genişləndirmək məqsədilə statistik, elmi-təcrübi, beynəlxalq və bu kimi işlərin aparılmasına kəskin ehtiyac yaranıb. 
 
S. Dübəndi bildirib ki, Strateji Araşdırmalar Departamenti qeyd olunan fəaliyyətin realizə edilməsi məqsədilə təsis edilib:
"Biz artıq bir sıra peşəkar praktiki və elmi işçilərin cəlb edilməsinə başlamışıq. Onların təcrübəsindən istifadə etmək bizim üçün önəmlidir. 
 
Eyni zamanda, yaradılan təsisat yerli turizm və qonaqpərvərlik bazarında araşdırmalar apararaq, sənayenin zəif və güclü tərəflərinin ortaya çıxmasına çalışacaq ki, bunları bilmədikdən inkişafa doğru hərəkət etmək çətindir".
 
Assosiasiya artıq bir sıra regionların turizm potensialının araşdırılması ilə məşqul olur, bu ərazilərin turizm statistikasına nəzər yetirir və yeni, müasir turizm texnologiyaların tədbiqi yollarını müəyyən etməyə çalışmaqdadır. Eyni zamanda Bakı şəhərinin qonaqpərvərlik infrastrukturu daha da dərindən təhlil edilir və yaxın gələcəkdə dövlət və özəl qurumlara müxtəlif tövsiyyəvi sənədlərin təqdim edilməsi nəzərdə tutulur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.