Amerikalı professor: " Bakını çox sevirəm"
04 noyabr, 2015 20:05
Görüşdə akademik Ə.Əmiraslanov belə mühazirələrin və qarşılıqlı fikir mübadiləsinin həkim-mütəxəssislər, o cümlədən rezidentlər üçün əhəmiyyətli olduğunu bildirib.
Akademik Ə.Əmiraslanov həmçinin ATU-nun Onkoloji Klinikası haqqında da qonağa məlumat verib:
“Onkoloji klinikamız 100 çarpayılıqdır. Onkologiya sahəsində elə əməliyyat yoxdur ki, bu klinikada icra olunmasın”.
Alvo Weir isə Bakını çox sevdiyini, burada olmaqdan məmnun olduğunu bildirib.
Qeyd edək ki, professor Alvo Weir Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində Bakıya gəlib.
Professor 3 həftə ərzində ATU-nun bütün klinikalarında mühazirələrlə çıxış edəcək.