Nikaha daxil olmaq istəyən 65 min 138 şəxs müayinə olunub
04 noyabr, 2015 20:05
Müayinələrin nəticələrinə görə, 161 nəfərdə sifilis, 45 nəfərdə İİV, 4 min 213 nəfərdə talassemiya daşıyıcılığı xəstəlikləri aşkarlanıb.
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.
İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyətin qanunun icrasına dair məlumatlandırılması məqsədilə Bakıda və rayonlarda jurnalistlər uçun görüşlər təşkil olunub.
Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı məqsədilə müvafiq şərait yaradılıb.