Stadionda qəribə rəqs – oyun öncəsi rəqibi belə qorxudurlar
03 noyabr, 2015 15:58
Haka nümayişçiləri gözlərinin ağını bərəldərək əllərini bədənlərinə, ayaqlarını yerə vuraraq rəqs edirlər. Rəqs hazırda bütün dünyada geniş şəkildə tətbiq edilməkdədir.
Qeyd edək ki, Böyük Britaniyada keçirilən reqbi üzrə 2015 Dünya Çempionatında Yeni Zelandiya Avstraliya ilə final oyununun ərəfəsində haka rəqsini nümayiş etdirib və 34-17 məğlub edərək çempion olub.