Qəbələ şəhər stadionunun yenə duman bürüsə də, matçı sona çatdırmaq mümkün olub.
Oyunun ilk günündə “Kəpəz” erkən qolla hesabı açıb.
“Qəbələ”nin 6, qapıçısı Dmitri Bezotosnının 8 oyunluq quru seriyasını Aleksandr Sitnik qırıb.
Bu gün davam etdirilən matçın ilk 16 dəqiqəsi ilə ilk yarı başa çatıb. Fasilədən sonra isə “Qəbələ” məğlubiyyətdən qaça bilib.
Oyunun 69-cu dəqiqəsində Fakundo Pereyra fərqlənib. Lakin meydan sahibləri heç-heçə hesabını qoruya bilməyiblər.
Dario Federiko oyuna artırılan sonuncu dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, iki matçı dünən baş tutan tura sabahkı iki qarşılaşma ilə yekun vurulacaq. “Sumqayıt” “Neftçi”ni, “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edəcək.
“Qəbələ” – “Kəpəz” - 1:2
Qollar: 69, Fakundo Pereyra – 2, Aleksandr Sitnik, 90+4 - Dario Federiko
Dünən keçirilən oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Qarabağ” – AZAL - 2:0
Qollar: Əfran İsmayılov, 49, Pupon, 90+2
“İnter” – “Zirə” - 0:0
Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 5 qol