Xəbərlər

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Uşaq əməyindən qeyri-qanuni istifadə halları minimum səviyyəyə enib”
02 noyabr, 2015 17:41
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda uşaq əməyi, uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bilik və bacarıqların artırılması məqsədilə keçirilən seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.
 
Onun sözlərinə görə, Əmək  Məcəlləsinə əsasən isə uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır:
 
“Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından qanunvericilikdə əlavə təminatlar, güzəştlər də müəyyən edilib”.
 
Xidmət rəisi 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə ölkəmizin İnzibati Xətalar Məcəlləsində cəza tədbirlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb:
 
“Son illərdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nəzarət tədbirlərinin, bu sahədə aidiyyəti qurumlarla fəal əməkdaşlığın, həmçinin təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları minimum səviyyəyə enib”. 
 
F.Əlizadə BƏT-lə birgə təşkil olunan bu seminarın uşaq əməyinin təftişi üzrə bilik və bacarıqların artırılmasına yönəlməklə yanaşı, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə də xidmət etdiyini bildirib. 
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.