Türkiyədə partlayış: 20 nəfər xəsarət alıb
02 noyabr, 2015 17:39
APA-ya istinadən verdiyi xəbərə görə, insident Suriya ilə sərhəddə yerləşən Nüsaybin şəhərində baş verib.
“AP” agentliyinin məlumatına əsasən, yaşayış massivində avtomobil partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı ticarət mərkəzində yanğın başlayıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və tibbi briqadalar işləyir.