“Neftçi” klubunun icraçı direktoru tələbələrlə görüşdü
30 oktyabr, 2015 16:38
BANM-dan Gün.Az-a verilən məlumata görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoruElmar Qasımov hal-hazırda “Neftçi” PFK-da yerli kadrlara üstünlük verilməsini yüksək qiymətləndirib.
Rektor öz çıxışında uğurlu futbol oyununda azarkeş fan-klubunun böyük önəmi olduğunu vurğulayıb. O, BANM-in yeni kampusunda tikilən böyük idman stadionunun nəinki Ali Məktəbin futbol komandaları üçün, həmçinin Respublika futbol oyunlarının keçirilməsi üçün əlverişli olduğunu deyib.
“Neftçi” PFK-nın İcraçı direktoru Elnur Məmmədov öz növbəsində E.Məmmədov “Neftçi”-nin qələbələrində böyük azarkeş dəstəyinin önəmli rol oynadığını qeyd edərək, bu kluba azarkeşlik edən tələbələri “Neftçi” fan-klubuna üzv olaraq futbol oyunlarına dəstək olmağa çağırıb.
Sonda Ali Məktəbə və tələbələrə “Neftçi” klubunun simvolik hədiyyələri təqdim olunub.