R.Məcid qeyd edib: “Kim bu əlinə qılınc götürüb şairin qanına susayanlara dayan deməlidi ?!- Agıllı,təmkinli insanlar və ciddi media! Əgər bunlar da axına qoşulub soyuqqanlı münasibət sərgiləyə bilmirlərsə bu cox acınacaqlıdı!”.
Onun sözlərinə görə, şair taleyində rolu olan adama bu cür minnətdarlıq bildirib:
“Ola bilsin bir az indiki statusda bu yersiz çıxıb. Amma şair səmimi olub, vəfa, etibar, sədaqət və minnətdarlıq duyğusunu bu cür catdırmağı məqbul sayıb. Heyif ki, indi cəmiyyətimizdə - xüsusən saytlarda və sosial şəbəkələrdə çoxlu nankorlar, çörəyi dizinin üstündə olanlar, vəfasızlar, etibarsızlar və nadanlar meydan sulayır. Əksinə olan insanlar isə çox vaxt susurlar! Pis budu!”.
Qeyd edək ki, "525-ci qəzet”in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirləri dərc edilib. Həmin şeirlərdən biri - “Hamiya yaxşılıq” mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib.
Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.
Həmin şeiri oxuculara təqdim edirik:
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…