Xəbərlər

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başladı
30 oktyabr, 2015 16:36
Qurumun Mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, rəhbəri rejissor Əsgər Əsgərovun olduğu studiyanın ilk məşğələsi artıq keçirilib.
 
Məşğələdə Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Musiqili Teatrın direktoru Əliqismət Lalayev iştirak ediblər.
 
Öncə Ə.Əsgərov Yaradıcılıq Studiyası, onun məramı, gələcək fəaliyyəti, hədəfləri və planları haqqında məlumat verib. O bildirib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar. N.İsmayılzadə və Ə.Lalayev yeni təşkil olunan Yaradıcılıq Studiyasının gənc üzvlərinə xeyir-dua verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara hər zaman dəstək olacaqlarını bildiriblər.
 
“Biz bu yaxınlarda teatrımızda “Gənclər nə istəyir?” mövzusundakı toplantı keçirdik. Teatrımızın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etdilər. Biz də onların arzu və təkliflərini nəzərədən keçirdik və məhz gənclərin daha effektli yaradıcı fəaliyyətlə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının təşkil olunmasına qərar verdik. İnanırıq ki, bu addımımız milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsində, gənclərdə musiqili teatra marağın daha da güclənməsində, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm rol oynayacaq. Əsas məramımız xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı ilə seçilən istedadlı gənclərə dəstək olmaqdır” - deyə, Əliqismət Lalayev çıxışı zamanı bildirib.
 
Məlumat üçün bildirək ki, Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.