Xəbərlər

Yeni Günəşli "Balaxanı zibilxanasına" çevrilir – üfunətin yeni mənbəyi
30 oktyabr, 2015 16:35
Ərazini tanımayanlar üçün qeyd edək ki, Yeni Günəşli və Köhnə Günəşli yaşayış massivləri arasında böyük bir yarğan var. Burada kərpic zavodu yerləşir. Yarğanın böyük bir boş ərazisi var ki, buranı son zamanlar zibil boşaldılması üçün istifadə edilir.
 
Məşhur Balaxanı zibilliyi hamının yadında olar. Üfunətdən bu ərazinin yanından hətta avtomobillə belə keçmək mümkün deyildi. Təmiz şəhər layihəsi nəticəsində həm Balaxanı sakinləri, həm də yolu oradan keçən digər vətəndaşlar həmin üfunətdən xilas ola bildi.
 
İndi də hər iki tərəfi yaşayış yeri olan bir ərazi yeni “Balaxanı zibilliyinə” çevrilməkdədir.
 
Artıq ərazidə “zibil təpəcikləri” meydana gəlib. Yaxınlıqdakı bütün zavod, istehsal müəssisələri və sahibkarlıqla məşğul olan obyektlər zibil yığınlarını bura boşaldırlar.
 
Artıq vəziyyət o yerə çatıb ki, üfunət iyindən buradan keçmək olmur. Yaxınlıqda yaşayan insanlar bildirilər ki, iy əlindən qapı-pəncərə açmaq mümkün olmur. Yayda vəziyyət lap pis olur.
 
Məlumata görə, burada yığılan zibillər tez-tez yandırılır. Külək isə yığılan külləri insanların evlərinə sovurur. Bir zamanlar Bakının ən təmiz havasına malik olan bu ərazilərdə yaşamaq çətinləşib. Sakinlər deyirlər ki, bir çox adam evini ucuz qiymətə sataraq buradan baş alıb qaçıblar.
 
Problemlə əlaqədar olaraq dəfələrlə aidiyyatı qurumlara şikayətlər edilsə də məsələ hələ də öz həllini tapmayıb. Müəyyən vaxtlarda bura zibil atan ayrı-ayrı şəxslər, qurumlar və istehsal müəssisələri cəzalandırılsa da hər kəs öz bildiyini etməyə davam edib.
 
Elə bu cəzanın biri də bu yaxınlarda verilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Gün.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Bakı tikinti materialları” ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə ETSN-ə daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Nazirlikdən bildirilib ki, araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, 2015-ci ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib:
 
“Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub.
 
Faktla əlaqədar Nazirliyin  əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq “Bakı tikinti materialları” ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib”.
 
Eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub.
 
Məlumata görə, sürücülər ETSN-nin əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər.
 
ETSN-dən məlumata verilib ki, faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub.
 
Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37 min 200 manat məbləğində cərimə edilib.
 
“Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. 
 
Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur Bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub.
 
Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə, “Bakı tikinti materialları” ASC-yə və Qaraçuxur Bələdiyyəsinə məktub göndərilib”.
 
Hər halda bu nazirliyin problemin aradan qaldırılması istiqamətində atdığı bir addım olsa da, geridə qalan zaman onu göstərir ki, cəza mexanizmi bu problemin həllində effektli rol oynamayıb. Bunun üçün konkret addım atılmalı və zibillik oradan ləğv edilməlidir.
 
Məsələnin digər maraqlı bir tərəfi ondan ibarətdir ki, ərazi Suraxanı və Xətai rayonları arasındadır. Yerli sakinlərin dediyinə görə, bu iki rayonun icra hakimiyyətləri problemi biri-birinin üzərinə atır və məsələnin həllindən qaçmağa çalışırlar.
 
Nəticə isə, problemin qalması və gün-gündən ağırlaşmasıdır.
 
QEYD: Aidiyyatı qurumların bu məsələyə münasibətini dərc etməyə hazırıq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.