Xəbərlər

Qobu bələdiyyəsinin “Yol əhvalatı”
30 oktyabr, 2015 16:34
Bakıətrafı qəsəbələrin müxtəlif xarakterli problemləri mətbuatda müntəzəm işıqlandırılır.
 
Paytaxtın bir addımlığında yerləşən qəsəbələrin sakinləri qaz, su, işıq və sair problemlərini mətbuat vasitəsilə ictimailəşdirməyə çalışırlar.
 
İnanırlar ki, yerli məmurların məsuliyyətsizliyi və ya səhlənkarlığı üzündən yaşadıqları sosial problemlər mətbuatın müdaxiləsindən sonra qısa müddətdə öz həllini tapacaq.
 
Qobu qəsəbə sakini Şahin İsayev də mətbuatın təsir gücünə inanaraq, özünün və yaşadığı ərazidə məskunlaşmış çoxsaylı vətəndaşların problemini Gün.Az-la bölüşməyə qərar verib.
 
Redaksiyamıza müraciət edən Ş. İsayev Qobu qəsəbəsində su, qaz, işıq, ictimai nəqliyyat çatışmazlığı probleminin onların normal 
yaşamına imkan vermədiyini bildirərək, indi də yol problem ilə üzləşdiklərini deyib:
 
“Qəsəbənin müəyyən hissəsinə hələ də təbii qaz çəkilməyib, su həftədə bir-iki dəfə verilir, külək-yağış başlayan kimi işıqlarımız da sönür.
Abşeron rayonu üzrə səlahiyyətli dövlət qurumlarına dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu problemlər hələ də qalmaqdadır.
 
Sadaladıqlarım azmış kimi, indi də yol problemi ilə üzləşmişik. Qobu Bələdiyyəsi yaşadığımız ərazidə  qəsəbədaxili yolların abadlaşdırılması adı altında əvvəl pis-yaxşı mövcud olan yollarımızı dağıdıb viran qoyub.
 
Onlar nəyi abadlaşdırırlar, necə abadlaşdırırlar, heç özləri də bilmir. Bir yolun müəyyən hissəsini mişar daşı qırıntıları ilə pərakəndə şəkildə döşəyiblər, başqa bir işlək yolun ortası ilə xəndək qazaraq elə də saxlayıblar.
 
O xəndəyin üstünə ensiz taxta parçası da qoyublar ki, əhali yolu keçə bilsin. Qəsəbənin torpağı elədir ki, yüngül yağış yağanda da palçıq dizə çıxır. Bələdiyyə isə qaş düzəltdiyi yerdə vurub gözü də çıxarıb.
 
Bələdiyyə ilə neçə dəfə əlaqə saxlamışıq, bu məsələnin həll olunmasını xahiş etmişik, amma nəticəsi yoxdur. Həm də qəribədir ki, Qobu Bələdiyyəsinin özü də qəsəbənin “abadlaşdırılan” ərazisində yerləşir.
 
Bütün bunlar sakinləri ələ salmaqdır. Yol problemi elə kəskinləşib ki, artıq su, qaz, işıq məsələsi yaddan çıxıb”.
 
Ş.İsayevin Gün.Az-a təqdim etdiyi fotoşəkillərdə də Qobu Bələdiyyəsinin “yol yaradıcılığı”nın sakinlərə necə narahatlıq yaratdığı aydın görünür.
 
Problemin aktuallığını nəzərə alaraq, Qobu Bələdiyyəsi, onun sədri ilə əlaqə yaratmağa nə qədər cəhd göstərsək də, səylərimiz nəticə vermədi.
 
Qobu Bələdiyyəsinə aid telefonlara etdiyimiz davamlı zənglərə cavab verən tapılmadı…
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.