Bu barədə qərar Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyası Mərkəzi Komitəsinin oktyabrın 29-da başa çatan plenar iclasında qəbul olunub.
Çində 35 ildir qüvvədə olan “Bir ailə - bir uşaq” siyasətinin dayandırılması barədə qərar bütün ailələrə ikinci uşağı dünyaya gətirməyə icazə verəcək. Bu, ölkədə demoqrafik inkişafı təmin etmək məqsədi daşıyır.
ÇXR-də doğuma nəzarət siyasəti 1970-ci illərin əvvəllərində başlayıb. İlk mərhələdə böyük şəhərlərdə yaşayan ailələrdə ikinci uşağın doğulması qadağan edilib. 1980-ci ildən isə Çin əhalisinin 92 faizini təşkil edən Xan milləti üçün bəzi istisnalar olmaqla, “Bir ailə - bir uşaq” siyasəti tətbiq olunur. Mütəxəssislərin hesablamalarına görə, əgər “Bir ailə - bir uşaq” siyasəti tətbiq edilməsəydi, hazırda ölkə əhalisinin sayı 1,7-1,8 milyard nəfərə çata bilərdi.