Xəbərlər

Vüqar Bayramov: “Prezidentin son fərmanları göstərir ki, biznes mühitinin yaxşılaşdırılması üçün addımlar davam etdiriləcək”
30 oktyabr, 2015 16:32
Azərbaycanın yerinin yaxşılaşması müsbət haldır və bu biznes mühitinin yaxşılaşdırılması ilə bağlıdır.
 
Bunu Gün.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov, Azərbaycanın “Doing Business-2016” hesabatında ötən ilə nisbətən 17 pillə irəliləməsinə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, prezidentin son fərmanları da göstərir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar davam etdiriləcək.
 
“O baxımdan  Azərbaycanın  reytinq hesabatında ön sıraya keçməsi  ölkə iqtisadiyyatı üçün müsbətdir”, - ekspert deyib.
 
V.Bayramov vurğulayıb ki, ümumiyyətlə sözügedən hesabatda indekatorlar üzrə təhlil aparanda və region ölkələri və qonşu ölkələrlə müqayisə etdikdə belə qənaətə gəlmək olar ki, Azərbaycan istər Dünya Bankının “Doing Business” hesabatında əksər indekatorlar üzrə öz mövqeyini yaxşılaşdıra bilir.
 
“Praktiki olaraq Azərbaycan bir necə istiqamətdə birmənalı şəkildə dünyanın ən çox islahat aparan ölkələr siyasıhına daxil ola bilib. Təbii ki, “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yaxşılaşması birmənalı şəkildə ölkə Prezidentinin islahatları davam etdirməsi, biznesə müdaxilələrin aradan qaldırılması və sahibkarlıq fəaliyyəti ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün siyasi iradəsi ilə bağlıdır.
 
Təbii ki, ölkə prezidentinin siyasi iradəsi 2015-ci ildə bir çox biznes fəaliyyətinin elektronlaşmasına və sahibkarlıq fəaliyyəti üçün daha yaxşı mühitin formalaşmasına gətirib çıxarıb.
 
İndidən birmənalı şəkildə qeyd etmək olar ki, biz 2016-cı ilin yekununda Azərbaycanın hesabatda yerinin daha da yaxşılacağını gözləyirdik və bu baş verdi”.
 
Onun sözlərinə əsasən, nəzərə alaq ki, son dövrlər Azərbaycanda biznesin  üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlı xeyli addımlar atılıb. Sözsüz ki, bu birmənalı şəkildə Azərbaycanın reytinqdəki yerinə təsir edəcək.
 
“Hesabata görə, ölkəmiz bir sıra indikatorlar üzrə dünya lider ölkələrdən hesab edilir. Ölkədə biznes mühiti sahəsində atılan addımlar Azərbaycanın reytinq hesabatında irəliləməsinə təsir edib.
 
Belə ki, bizneslə məşğul olmaq indikatoru üzrə Azərbaycan dünyada bu sahədə ən yaxşı vəziyyətə malik olan 7 ölkədən biridir. Belə ki, biznesə başlamaq üçün ölkəmizdə cəmi 2 prosedura tələb edilir. MDB və mərkəzi – şərqi Avropa ölkələrində bu rəqəm 5-dir. Yəni proseduraların sayı daha çoxdur.
 
Əgər Azərbaycanda biznesə başlamaq üçün işadamları cəmi 3 gün sərf edirsə, region ölkələrində bu göstərici 12 gündür. Yəni digər ölkələrlə müqayisədə Azərbaycanda işadamı 2 dəfədən daha az vaxt sərf edərək biznesə başlamaq imkanlarına malikdir.
 
Bu isə birmənalı şəkildə ölkəmizdə biznesə başlamaq üçün imkanların daha geniş olduğundan xəbər verir. Məhz bu kateqoriya üzrə Azərbaycan dünyanın əksər inkişaf etmiş ölkələrini geridə buraxmışdır”.
 
V.Bayramov daha sonra bildirib ki, ASAN xidmətin yaradılması ilə ölkəmizdə xidmətin keyfiyyəti artırılmış oldu və bu da dünya reyting cədvəlinə təsir etdi.
 
“Əmlakın qeydiyyatının ölkə prezidenti tərəfindən 2014-cü ildə asanlaşdırılması və eyni zamanda bu proseduraların ASAN xidmətə verilməsi imkan verdi ki, Azərbaycan əmlakın qeydiyyatına görə, dünyada ən yaxşı göstəriciyə malik olan 22 ölkədən biri olsun. Faktiki olaraq Azərbaycan qeyd olunan istiqamətlərdə ciddi irəliləyişlərə nail olub.
 
Ölkə prezidentinin siyasi iradəsinə əsasən ötən il bir sıra kifayət qədər əhəmiyyətli qanunverici qərarların qəbul edilməsi və bu istiqamətdə islahatların  davam etdirilməsi ilə baglıdır. Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedura və cəmi 8.5 gün tələb edilir.
 
Ölkəmiz bu göstəriciyə görə də dünyanın əksər ölkələrini geri də qoymağı bacarıb. Elektron proseduralardan istifadə edilməsi əmlakın qeydiyyatını ciddi şəkildə asanlaşdırmışdır”.
 
İqtisadçı qeyd edib ki, kiçik səhmə malik olan investorların hüquqlarının müdafiəsi istiqamətində də ciddi addımlar atılıb.
 
“Belə ki, ölkəmizin bu istiqamət üzrə yeri 35-cı pilləyədək yüksəlmişdir. Azərbaycanın bu istiqamət üzrə aldığı balllar əksər region ölkələri ilə müqayisədə daha yüksəkdir. Ölkəmizdə bu istiqamət üzrə artı mükəmməl hüquqi baza formalaşdırılmışdır.
 
Vergilərin ödənilməsində sadəliyinə görə ölkəmiz dünyada 34-cüdür. İlk il öncə, vergi ödəyişinin səviyyəsinin yüksəldilməsinə görə Azərbaycanın mövqeyi cəmi 65-ci yerdədir. Bu isə bir daha göstərir ki, son 2 ildə bu istiqamətdə ciddi irələyyişlər əldə etmək mümkün olmuşdur”.
 
Bu ilki hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşmasının digər səbəblərindən biri kimi, V.Bayramov tikinti üçün icazələrin alınması sahəsində qazanılan uğurları qeyd edib.
 
“Belə ki, bu istiqamət üzrə ölkəmizin yeri 36 pillə irəlləmişdir. Azərbaycanın sözügedən istiqamət üzrə yerinin yaxşılaşması bu sahədə bir pəncərə sisteminin tətbiq edilməsi və proseduraların sayının kəskin azaldılması ilə bağlıdır.
 
Beləliklə, ölkəmiz daha bir beynəlxalq uğura imza atdı. Cənab Prezidentin sahibkarlığın inkişaf ilə bağlı imzaladığı son fərmanlardan irəli gələn fəaliyətlərin icra edilməsi sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verməklə yanaşı, Azərbaycanın Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.