Xəbərlər

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
29 oktyabr, 2015 16:44

Azərtac-a istinadən verdiyi xəbərə əsasən, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sanjay Rana etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Sanjay Rana Hindistan Respublikasının Prezidenti Pranab Mukhercinin və Baş nazir Narendra Modinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ölkələrimizin tarixi əlaqələrə malik olduğunu vurğulayan səfir Hindistanın Azərbaycan ilə əlaqələrə böyük maraq göstərdiyini bildirdi. 

O qeyd etdi ki, Hindistan hökuməti Prezident İlham Əliyevin müdrik rəhbərliyini yüksək qiymətləndirir. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi və sosial sahələrdə böyük inkişafa nail olunduğunu dedi. 

Hindistanlı diplomat birinci Avropa Oyunlarının ölkəmizdə uğurla təşkil olunmasının və keçirilməsinin önəmini də qeyd etdi. Ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil və texniki sahələrdə əlaqələrin genişləndiyini deyən Sanjay Rana bu əlaqələrin Prezident İlham Əliyevin dəstəyi sayəsində daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. 

Prezident İlham Əliyev Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük imkanların olduğunu vurğuladı. 

Hindistanın informasiya texnologiyaları sahəsində çox qabaqcıl ölkə olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü dedi və ölkələrimizin bu sahədə əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına və diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Hindistan Respublikasının Prezidenti Pranab Mukhercinin və Baş nazir Narendra Modinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.