Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
29 oktyabr, 2015 16:43
AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub.
Belə ki, komandamız 1369 xalla 13-cü pillədə qərarlaşıb.
Millimizin “Avro-2016”nın final mərhələsindəki rəqibləri İtaliya (1726 xal) dördüncü, Çexiya (1326 xal) on ikinci pillədədir.
Futbol üzrə dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən isə Xorvatiya 1344 xalla 16-cı, Belarus 1224 xalla 22-ci, İsveç millisi isə 890 xalla 60-cı yerdədir.
Siyahıda ilk pillədə 1922 xalla İspaniya millisi qərarlaşıb. Braziliya komandası (1902 xal) ikinci, Rusiya millisi (1746) isə üçüncü yerdədir.